Bu da ATV-nin aparıcısının sevdiyi insan - Günay "Şeyx"ə ƏRƏ GEDİB? - FOTOLAR
1-09-2022, 10:04

Aparıcı Günay Firudinqızı yenidən ailə qurub.

AZİNFORM.AZ xəbər verir ki, ikinci evlilik xəbərini mediadan gizli saxlayan xanım aparıcının ikinci ailə həyatı ilə bağlı bu iddiaları onun sosial şəbəkə hesabında etdiyi paylaşımlar ortaya atıb.

Belə ki, Günay tətilin keyfini Misirdə çıxarmaq qərarına gəlib. Amma paylaşımlardan belə aydın olur ki, o, Misirə tək yollanmayıb. Ərəb şeyxlərinin geyimində səmimi pozlar verdiyi şəxslə birgə fotosunu təqibçiləri ilə bölüşən Günay paylaşımına "Şeyxim, səni sevirəm" şərhini yazıb.

Bu da birinci ailə həyatı uğursuz alınan xanım aparıcının ikinci dəfə ailə həyatı qurduğu iddialarını artırıb.

Xatırladaq ki, aparıcı son müsahibələrinin birində "Sözün düzü, birinci seçimdə yanıldım, ikinci dəfə yanılmaq istəmirəm. Əvvəllər olduğu kimi hisslərə qapılmıram, ağlımın diktəsi ilə yaşayıram. Bu dəfə seçimimi məhz ağlımın diktəsi ilə edəcəyəm. Ağlım isə deyir ki, mütləq ürəyincə olan insan qarşına çıxacaq" ifadələri ilə diqqət mərkəzinə düşmüşdü. 

Xanım aparıcı amma ondan öncəki açıqlamalarından birində isə "Artıq hər şeyi Allahın öhdəsinə buraxmışam. Birinci dəfə kasıbı sevib, ərə getmişəm. İkinci dəfə ailə həyatı qurmağım barədə danışmaq istəmirəm. Çünki həyat sürprizləri ilə maraqlıdır. Allahın qismətinə çox inanıram. Elə bir adam yoxdur ki, düşünüm ki, ikinci dəfə məhz o şəxslə ailə quracağam" fikirlərini səsləndirdiyini də qeyd edək. /milli.az/

 Məqaləyə dair fotomateriallar:






up