Əli Mirəliyev verilişdə COŞDU: "Gəlsin, otursun..." - VİDEO
26-08-2022, 22:09

Müğənni Əli Mirəliyev qalmaqallı atmacası ilə gündəmə gəlib.

AZİNFORM.AZ xəbər verir ki, ifaçı "Nahara az qala" verilişində qonaq olarkən aparıcının ona ünvanladığı sualları cavablayıb.

O, müğənni Nigar Camal və həmkarı Eldar Qasımov barəsində açıqlama verib:

"Eldar Qasımovu deyirsiniz? "Avroviziya"da işləyən? Hə, tanıyıram. Yaxşı oğlandır e, ifasını yox, qətiyyən bəyənmirəm. Nigar Camalı da bəy ənmirəm".

Bundan sonra, aparıcının "Nigar Camal da "Avroviziya" qalibimizdir" sözlərinə isə Ə. Mirəliyev əsəbiləşib:

"Nə olsun ki, gözüm aydın. Gəlsin otursun belimdə. Azərbaycan dilində oxusun. Mənim dilimdə anamın laylayını oxusun".





up