Pərviz Mahmudov: "Günayın məşhur mahnısını 9-cu sinifdə bəstələmişəm" - VİDEO
24-08-2022, 13:51

Müənni və bəstəkar Pərviz Mahmudov yeni açıqlaması ilə gündəmə gəlib.

AZİNFORM.AZ xəbər verir ki, aparıcı Kazım Sübhanın "Özəl" verilişinə qonaq olan sənətçi, həmkarı Günay İbrahimlinin ifa etdiyi "Səndən öncə, səndən sonra" mahnısından danışıb.

İfaçı həmin kompozisiyanı 9-cu sinifdə oxuyarkən bəstələdiyini bildirib.

Xatırladaq ki, Pərviz Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova kimi xalq artistlərinə də mahnılar bəstələyib. /baku.ws/





up