DİGƏR XƏBƏRLƏR
Əməkdar artist Cavanşir Məmmədov bu dəfə "Avroviziya"ya getmək sevdasına düşüb.
AZİNFORM.AZ xəbər verir ki, müğənni bu barədə televerilişin birində deyib.
O, "Siz də getmək istəyərdiniz" sualına belə cavab verib: "Mən bayrağımızı, dövlətimin səsini ucaltmaq üçün hər şey edərəm. Özümdə o potensialı görürəm. "Avroviziya"ya getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər. Deyəcəklər ki, davul, sazla, zurna ilə oxuyacaqsan? Bəli... Gedib dünyanın ən məşhur mahnısını oxuyaram və qəbul etdirərəm: ingilis, alman, özbək.... Hərəsini ayrı-ayrı xalqların geyimində təmsil edərəm. Hansı mahnı keyfiyətli alınsa... Bunu bir dəqiqədə qurdum. Tək oxumaq deyil, gərək yaxşı oxuyasan".