Xalq artisti Mübariz Tağıyev ilk dəfə toylara getməməyinin səbəbini açıqlayıb.
AZİNFORM.AZ xəbər verir ki, müğənni bu barədə "10-da görüşək" proqramında danışıb.
O bildirib ki, illər əvvəl buna görə Qurana əl basıb and içib: "Rəşid Behbudovun müəyyən istəyi var idi: dedi, ya o, ya bu. Dedim, yaxşı. Gətirdi stolun üstünə Quran qoydu, dedi, əlini qoy onun üstünə, bir qorxu budur. O vaxtlar toylara gedənləri flarmoniyanın qapısından buraxmazdılar. Həmin vaxtdan toy məsələsi bitdi".
AZİNFORM.AZ