Məşhur müğənni evində ölü tapıldı - FOTO
20-08-2022, 07:59

Şotlandiyalı müğənni-aktyor Darius Kempbell-Daneş vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, sənətçinin meyiti Minnesota ştatının Roçester şəhərindəki mənzilində tapılıb. 41 yaşlı müğənninin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Kempbell-Daneş 2001-ci ildə "Popstars" istedad şousundakı iştirakı ilə şöhrət qazanıb. Bir il sonra müğənni Britaniyanın "Pop İdol" musiqi müsabiqəsinin finalçısı olub. AZİNFORM.AZ





up