Məşhur rəqqasədən şok etiraf: Pul qoyarkən sinəmə toxunmağa çalışırlar
20-08-2022, 16:36

Rəqqasə Didem Kınalı ona qarşı edilən təcavüzlərdən danışıb.

AZİNFORM.AZ azxeber.com-a istinadən xəbər verir ki, media mənsubları ilə söhbət edən rəqqasə Didem Kınalı səhnədə yaşadığı çətinliklərdən danışarkən məruz qaldığı təzyiqlərdən danışıb.

"Səhnəyə gec çıxanda müştərilər qovrulmuş noxud atırdılar. O da qalsın bir kənara, əsasən səhnədə tez-tez təcavüzlərə məruz qalıram. Pul qoyarkən bəzi insanlar sinəmə toxunmağa çalışırlar. Mən hələ səhnə arxasına gələn dəbdəbəli hədiyyələrdən və şam yeməyindən danışmıram", - deyə Didem Kınalı bildirib.

 





up