Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sağalıb.
AZİNFORM.AZ xəbər verir ki, aktrisa Məlahət Abbasova aktyorun yeni fotolarını yayımlayıb. O bildirib ki, şəkilləri tamaşadan sonra lentə alıb.
"Hər Bakıya gələndə Akademik Milli Dram Teatrına gedirəm. Mənə əziz olanlarla görüşər, tamaşaları seyr edərəm. Ramiz Novruz, Anar Heybətovla Münəvvər Əliyevanın tək oynadığı "Medeya" tamaşasının premyerasında görüşdük. Harada oluramsa olum hər zaman mənimləsiniz, sizləri çox sevirəm" deyə, M.Abbasova paylaşımına yazıb.
Qeyd edək ki, Xalq artistinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilsə də o, haqqında çıxan xəbərləri təkzib etmişdi. /axşam.az/