Azərbaycanlı rəqqasə bacısına 45 minlik avtomobil HƏDİYYƏ ETDİ - VİDEO
19-08-2022, 12:29

"Renka" ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova bacısı Səadətə gözlənilməz, xoş sürpriz edib. 

AZİNFORM.AZ bizim media-ya istinadən xəbər verir ki, rəqqasə bacısına avtomobil hədiyyə edib. 

Bu haqda Səadət sosial şəbəkə hesabında məlumat yayıb. O, "Renka"nın qaldıqları evin darvazası önündə videosunu çəkib, paylaşaraq, kadrlarda bu sözləri dilə gətirib. 

"Dünən mənə velosiped aldın. İndi isə mənə avtomobil alıb. Necə axı necə? Dünəndən bəri mənə heç nə demir. Köhnə avtomobili servisə aparıb. Amma qayıtdığında bu yeni avtomobillə gəlib" - deyə R.Ağamuradova bildirib. 

Qeyd edək ki, ötən ay "Renka" özünə "Toyota Yaris" avtomobilini almışdı. Rəqqasə yeni nəqliyyat vasitəsinə 45 min manata yaxın pul ödəyib. 





up