DİGƏR XƏBƏRLƏR
Barbadoslu müğənni Rihannanın repçi nişanlısı Eysap Roki həbs oluna bilər.
Buna səbəb onun "Relli" ləqəbli keçmiş repçi dostu Terell Efrona 2021-ci il noyabrın silahla hücum etməsidir.
Üç dəfə Efrona atəş açan repçi onu sol əlindən yaralayıb.
Los-Anceles prokurorluğundan verilən məlumata görə, Rihannanın sevgilisi 9 il müddətinə həbs oluna bilər.
Qeyd edək ki, musiqiçi aprelin 20-də Rihanna ilə Barbadosdan istirahətdən qayıtdıqdan dərhal sonra Los-Anceles hava limanında nəzarətə götürülmüşdü. Bir neçə saat sonra o, 550 min dollar girov ödədikdən sonra sərbəst buraxılmışdı.