İbrahim Borçalı mərhum oğlunu belə təbrik etdi - VİDEO
17-08-2022, 14:37

Müğənni İbrahim Borçalı iki il əvvəl dünyasını dəyişən oğlu Rəhimlə bağlı paylaşım edib.

AZİNFORM.AZ xəbər verir ki, ifaçı "Instagram" hesabında ölən oğlu Rəhimin doğum günü ilə bağlı video paylaşıb.

O, " 23 yaş, 17 avqust " qeydini yazaraq mərhumu yad edib.

Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim həyatını Gürcüstanda baş verən maşın qəzasında itirib. /lent.az/


AZİNFORM.AZ



up