Əməkdar artistdən yolunu KƏSƏNLƏRƏ: “İt hürər, karvan keçər…”
16-08-2022, 14:23

“Ataların gözəl bir sözü var, it hürər, karvan keçər…”

Bunu tanınmış rejissor, Əməkdar artist Nicat Kazımov AZİNFORM.AZ-ın “Zaman-zaman sənət adamlarına qarşı haqsızlıq, paxıllıq, qısqanclıqlar olub, sizə badalaq vurmaq istəyən adamlara qarşı reaksiyanız necə olub?” sualını cavablandırarkən deyib.

Rejissor bütün zamanlarda sənət adamlarının belə neqativ hallarla qarşılaşdığını, belə xoşagəlməzliklərin ondan da yan keçmədiyini təəssüf hissi ilə bildirib:

“Mənim də qarşımı kəsmək istəyənlər olub. Müəyyən dönəmlərdə buna nail də olublar. Belə hallar olur, təbii ki, olmasa, daha yaxşı olardı. Amma mən heç vaxt elə şeylərə fikir vermirəm. Daha doğrusu, vaxtımı, enerjimi sərf etməmişəm. Başımı aşağı salıb işimi görmüşəm. Ataların gözəl bir sözü var, it hürər, karvan keçər. Mənim üçün hər zaman belə olub, kimlərsə yolumu kəsməyə çalışıb, arxada işlər çevirib, amma mən onlara fikir verməmişəm. Necə deyərlər, karvan həmişə yoluna davam edib, dayanmayıb. Həmişə hesab edirəm ki, nəticə etibarı ilə ən gözəl cavab gördüyümüz işlərdir. Mənim də gördüyüm işlər göz qabağındadır. Kim əgər həmin işləri görmək istəmirsə, özü bilər, bu da onun öz problemidir”.  /yenicag.az/

AZİNFORM.AZ





up