Müğənni Nura Suri Bakı bulvarı ərazisində samokat icarəyə verən “WingZ” şirkətindən şikayətçidir.
Bu barədə o, "Facebook" səhifəsində paylaşım edib.
Müğənni iddia edir ki, şirkətin əməkdaşları enerjisi çox olan samokatları qəsdən aktiv saxlayır ki, heç kim götürə bilməsin, enerjisi az olanları isə sakinlərə təklif edir.
"“WingZ" şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (oğlu - red.) bulvarda samokat götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə paylaşmaq qərarına gəldim”, - deyə müğənni sosial şəbəkə səhifəsində yazıb.