"Qurd" qəzəbləndi: Bunların həyatı gətirməyib, hər şeyə "mız” qoyurlar - VİDEO
1-08-2022, 14:09

"Şəxsi həyatla bağlı sualları cavablandırandan sonra insanların düzgün yanaşmamasından çəkinirəm”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri ötən ay qızı dünyaya gələn "Qurd” ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Fərid Eminov "Şourum” maqazin verilişinə müsahibəsində deyib.

Sənətçi yenidən ata olması ilə bağlı xəbərlərə münasibət bildirməkdən çəkindiyini etiraf edib. Bunu isə "Qurd” sosial şəbəkə əhlinin "Özünü bu yolla reklam edir” sözləri ilə onu tənqid etməklə əlaqələndirib. "Məsəl üçün deyirəm ki, "Bəli ata olacağam”. İnsanlar bu açıqlamamı isə başqa cür başa düşürlər. Bu ata olmasını reklam edir.

Onlar bir qrup insanlardır ki, hər şeydən narazıdırlar. Bunların həyatı gətirməyib, hər şeyə "mız” qoyurlar. Gedin "mız”ı özünüzə qoyun.

Hamı ilə dalaşmaq mümkün deyil”. Qeyd edək ki, Fərid Eminovla evli olan Leyla Namazzadə məşhur şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır. Fəridin isə bu ikinci evliliyidir. Belə ki, repçi 6 ilə yaxındır ki, həyat yoldaşından ayrılıb. Sənətçinin bu nikahdan 10 və 5 yaşlı iki oğlan övladı var. 


AZİNFORM.AZ



up