Xərçəngdən müalicə alan Zeynəbi Bakıda həmkarı Nəfəs qarşıladı — VİDEO
31-07-2022, 18:00

Xərçəngdən əziyyət çəkən və əməliyyat üçün qardaş ölkə Türkiyəyə yollanan müğənni Zeynəb Həsəni vətənə geri qayıdıb.

AZİNFORM.AZ xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında müğənnini duet ortağı və yaxın rəfiqəsi Nəfəs qarşılayıb. Bununla bağlı görüntüləri Z.Həsəni izləyiciləri ilə bölüşüb.

Nəfəs, həmçinin Zeynəbə ağ qızıldan ibarət boyunbağı da hədiyyə edib.


AZİNFORM.AZ



up