"Etdiyiniz hərəkətə görə ayıb olsun" - Aktrisa restoranı TƏRK ETDİ
29-07-2022, 13:32

Aktrisa Fahriye Evcen həyat yoldaşı Burak Özçivit və oğlu Karanla istirahətə yollanıb.

AZİNFORM.AZ xəbər verir ki, Bodrumda yaxta ilə səyahət edən cütlük Yalıkavakdakı məkanlardan birində şam edib. 

Restoranda olarkən Karan bilmədən müştərinin əyləşdiyi masaya toxunub. 

Narahat edildiyi üçün əsəbiləşən müştəri Karana "Yavaş ol biraz, bu nədir?" sözlərini söyləyib. Fahriye azyşalı oğluna deyilənlərdən hiddətlənib. O, ayağa qalaxaraq "Etdiyiniz hərəkətə görə ayıb olsun. O, hələ uşaqdır" sözlərini söyləyib.  

Əsəbini cilovlaya bilməyən müştəri "Nə edim ki uşaqdır?" sözləri ilə yenidən Fahriyeyə sərt reaksiya verib. Bundan sonra cütlük azyaşlı oğlu Karanı da götürərək məkandan uzaqlaşıb. 





up