Xalq artisti icra hakimiyyətini tənqid etdi
25-07-2022, 16:49

Xalq artisti Faiq Ağayev Lənkəran Rayon İcra Hakimiyyətini tənqid edib.

AZİNFORM.AZ  xəbər verir ki, tanınmış müğənni Lənkəranda istirahət mərkəzlərindən birində üzgüçülük üzrə olimpiya çempionu Maykl Felpsin fikirləri əks olunan reklam lövhəsindəki səhvə diqqət çəkib. 

"Deyək ki, bu banner çapa səhvlə göndərilib. Bəs, çap edən şirkətdə korrektor və ya hazır məhsulu qəbul edən qurumda savadlı bir kəs tapılmadı, Lənkəran Rayon İcra Hakimiyyəti?.." - paylaşımda deyilir.

Qeyd edək ki, üzgüçülük üzrə dəfələrlə olimpiya şempionu hətta Michael Phelps adı da sitatın sonunda səh yazılıb.

Daha sonra həmin posteri ora vuran Rəşad Abbaszadə xalq artistinə cavab verib:

"İdeya sahibi və iş görən mənəm, səhv də mənimdir. Əslində, biz redaktə olunmuş variantı göndərmişdik sonradan çap şirkəti əvvəlki versiyanı vurub. Orda 500 metr çap olub.

Bilməyənlər üçün qeyd edim ki, bu keçən ilin fəaliyyətidir, artıq yoxdur.

Bir də ümumi ideyanı, fikri, məğzi görə bilməyənlər hərf səhvlərinə ilişirlər. Qrammatikanın yerində olmaması yaxşı təşəbbüsləri baltalamaq üçün əsas deyil.

İdeyanı qoyub kiçik detallara fikir vermək sizi tez əldən salar... Hər kəsin fikrinə də hörmətlə yanaşıram, kef eləyin!"





up