Türkiyədə çəkiliş meydançasında PARTLAYIŞ: Məşhur aktyorun üzü yandı
23-07-2022, 23:08

Türkiyədə film çəkilişləri zamanı qəza baş verib.

AZİNFORM.AZ xəbər verir ki, Kilisdə “49” adlı filmin səhnəsi çəkilərkən meydançaya quraşdırılan partlayıcı vaxtından əvvəl partlayıb.

 Bu zaman məşhur aktyor İsmayıl Hacıoğlu xəsarət alıb.

 Partlayış nəticəsində aktyorun üzündə və bədənində yanıq yarası əmələ gəlib. Aktyora təcili tibbi yardım maşınında ilkin yardım göstərilib.

 

 





up