Xalq artisti - “İlk mahnım, ilk hitim, “Bakı payızı 88”
15-07-2022, 22:36

Xalq artisti Aygün Kazımova 34 il sonra yenidən “Ey mənim dünyam” mahnısını səsləndirib.

AZİNFORM.AZ xəbər verir ki, müğənni sözügedən bəstəni 1988-ci ildə oxuyub.

“İlk mahnım, ilk hitim, “Bakı payızı 88” yarışmasında mənə uğur gətirən mahnılardan biri, Vaqif Gərayzadə ilə ilk iş birliyimiz” deyə, Kazımova bildirib.

Pop ulduz bu mahnının onun yaradıcılığında xüsusi yeri olduğunu vurğulayıb.

Xatırladaq ki, mahnının musiqisi Vaqif Gərayzadəyə, sözləri Sərvər Quliyevə məxsusdur.






up