Şəbnəmdəm Vasifin barışıq addımına cavab: "Bu, olmayacaq"
13-07-2022, 14:44

Müğənni Şəbnəm Qəhrəmanova Əməkdar artist Vasif Məhhərəmlinin barışıq addımını geri çevirib.

AZİNFORM.AZ xəbər verir ki, Şəbnəm bu haqda "Səhər mərkəzi" proqramında danışıb. O, aralarında baş verən məsələyə belə reaksiya verib:

"Bəzi mövzular toxunulmazdır. Böyüyüm kimi səhvim var idisə, kənarda deyərdi. Çox təşəkkür edirəm, Vasif Məhərrəmliyə və hörmətini saxlayıram. Münasibəti bərpa etməyəcəm. Barışıq olmayacaq".

Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala Şəbnəmin Vasifə "xəsis" deməsi olub. Vasif onun bu sözlərinə "Birinci qarşısında olan adamın yaşına, başına baxmalı, sonra özünə, mövqeyinə və qarşısındakının mövqeyinə baxmalıdır. Eşitdim ki, heç ailə qurmayıb. Ailə qurmamısan, toy etməmisən, sual verirəm ki, uşağının atası kimdir? Soruşuram səndən kimdir uşağının atası? Mərdi qova-qova namərd etməyin. Gedin işinizlə məşğul olun" cavabını vermişdi. /axşam.az/





up