Aktrisadan şok etiraf: “Çamadanlarda narkotik daşıyırdım”
13-07-2022, 10:50

8 illik fasilədən sonra karyerasına qayıdan Hollivud ulduzu Kameron Dias "İkinci Həyat" podkastına verdiyi müsahibədə məşhur olmamışdan əvvəl başına gələn hadisədən danışıb.

AZİNFORM.AZ  xəbər verir ki,  şöhrət pillələrini qalxmazdan əvvəl müxtəlif işlərdə çalışdığını deyən 49 yaşlı aktrisa olduqca qalmaqallı etiraflar edib. Aktrisa Parisə köçərək modellik üçün pul qazanmağa çalışdığını və iş tapmaqda çətinlik çəkdiyini bildirib. O, Mərakeşə mal daşımağa başladığını etiraf edib.

“Bir il orada qaldım və bir gün belə işləyə bilmədim. Canımı qurtaracaq iş belə tapa bilmədim. Sonra iş tapdım, amma düşünürəm ki, Mərakeşə narkotik daşıyan qaçaqmalçı oldum”,- Kameron Diaz deyib.





up