Sevda həyat yoldaşı ilə münasibətlərindən danışdı: "İkimiz də karyera düşünürdük"
9-07-2022, 16:00

Ana olmağa hazırlaşan müğənni Sevda Yahyayeva həyat yoldaşı ilə münasibətlərindən söz açıb.

AZİNFORM.AZ xəbər verir ki, ifaçı bu barədə Xəzər TV-də yayımlanan "Bağ havası" verilişində danışıb.

Aparıcının "heç düşünmüsən ki, kaş həyat yoldaşımla daha öncədən tanış olub ailə qurardım?" sualından sonra Sevda "mən hərdən həyat yoldaşıma deyirəm ki, kaş 10 il öncə tanış olardıq , o isə bununla razılaşmır. Bəlkə, 10 il öncə tanış olsaydıq, bir-birimizi başa düşməzdik, çünki hər ikimiz karyera düşünürdük. Biz lazım olduğu anda qarşılaşdıq", - deyə cavab verib.

Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla evlidir.





up