Məşhur müğənni Özcan Dəniz 15 ildən sonra səhnəyə çıxıb.
AZİNFORM.AZ xəbər verir ki, pərəstişkarları ilə bir araya gələn Özcan mahnılarını səsləndirib və duyğulu anlar yaşayıb. Ondan 22 yaş kiçik Dənizin iranlı modelyer sevgilisi Samar Dadqar da konsertə qatılıb.
Lazım gələrsə oğlu üçün karyerasını bitirə biləcəyini deyən Dəniz, oğlunu pul qarşılığında əlindən almağa çalışdıqlarını bildirib.
"Mən heç vaxt oğlumu anasından ayırmağa çalışmamışam, sadəcə oğlumun silah kimi istifadə olunmasını istəmirəm və bunun qarşısını almağa çalışıram. Hər dəqiqəmi oğlumla doya-doya keçirmək istəyirəm. Pula görə oğlumu məndən ayırmayın. Fikirləşin, qarşınızda mən bunu etmədiyim halda bir işi görürmüş kimi davranan var. Onun özünümüdafiə üçün köynəyimi cırdığı videonu yerləşdirməliydim. Biz bunu qisas almaq üçün etdik. Özümə haqq qazandırmalıydım. Uşağı məktəbə göndərmədi. Məktəbdən müəllim zəng etdi ki, dərsə 5 dəqiqə vaxtımız var, sizi gözləyirik. Qapını döyəndə mənə hücum etməyə başladı. Mənə sillə vurdu. T-shirt olmasaydı, üzüm, gözüm qırılacaqdı. Bu vəziyyətə görə gedib hesabat da almamışam." deyən müğənni, övladı qucağında mahnı oxuyub.