"Gərək aktrisa olardım. Aktrisa olsaydım indi "Xalq artisti"ydim. Uşaq vaxtı oynayırdım. Çox gözəl olardı".
AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Abdullayeva "Zaurla Günaydın" proqramında deyib. Müğənni uşaqlıq arzusundan danışıb:
"Dramatik obraz oynamaq yox, xarakterli rol istəyərdim. Gözəl yazılmalıdır, sən yaratmalısan. 67 yaşımın içindəyəm, yazırlar, 75 yaşı var, hələ də buradadır? Məni istəməynlər yazır. Bundan sonra necə aktrisa olum?".