Aktrisa özündən 17 yaş böyük prodüserə ərə getdi
1-07-2022, 14:46

Amerikalı məşhur aktrisa Aleksandra Daddario 53 yaşlı kinoprodüser sevgilisi Endryu Forma ərə gedib.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, cütlük Yeni Orleanda nikah bağlayıb. 36 yaşlı Aleksandra özəl günündən olan fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, cütlük iki ildir münasibətdədir. Onlar ötən ilin sonu nişanlandıqlarını açıqlamışdılar.





up