Müğənni Aytac Vidadiqızı kövrələrək ailəsinin dağılmasından danışıb.
AZİNFORM.AZ-ın məlumatına görə, mərhum müğənni Vidadi Bərdəlinin ifaçı qızı Aytac bu barədə ARB TV-də yayımlanan "Həmin Zaur" verilişində danışıb.
Türkiyə vətəndaşı, iş adamı Can Bekirlə ailə quran müğənni həyat yoldaşı ilə ailə bağlarının qırıldığını, yaşanan ayrılığın günahını özündə yox, həyat yoldaşında gördüyünü dilə gətirib:
"Artıq təkliyim və tənhalığımla razılaşmışam. Evlilik sarıdan bəxtim gətirmədi. Mən bir kişi tərəfindən sevilmişəm, o da mənim atam olub. Digər sevgilər mənim üçün boşdur. Saf sevgiyə inanmıram. Əgər sevgi olsaydı, davam edərdi. Onlara həm atalıq, həm də analıq edirəm. O uzaqdadır. Biz artıq ailə deyilik. Birləşməyimiz isə qeyri-mümkündür. Tələsdim, evlənməyə tez qərar verdim. Yanıldığım günlər, hadisələr oldu. Onunla həmyaşıdam. Vasitəçi oldu, bizi tanış etdi. Artıq sevgi yoxdur, onu da sevmirəm. Kaş ki, ailə qurmağa tələsməzdim, yanıldım".
Ətraflı süjetdə: