Rəhim Rəhimlidən QALMAQALLI AÇIQLAMALAR: "Mən sənin kimi yiyəsiz deyiləm!"
29-06-2022, 23:10

Uzun müddətdir efirlərdən uzaq qalan müğənni Rəhim Rəhimli qalmaqallı açıqlamaları ilə diqqət çəkib.

AZİNFORM.AZ xəbər verir ki, yeni layihələrini təqdim etməyə hazırlaşan bəstəkar bu haqda aparıcı Zümrüd Bədəlovanın "Söz-Baz" proqramına danışıb.

İfaçı yaxın günlərdə "Ağıllı ol!" adlı yeni ifasını sevənlərinin ixtiyarına verəcək. Müğənni bu mahnısını televiziya proqramlarından, sosial şəbəkələrdən onun ünvanına artıq-əskik danışan həmkarlarına həsr etdiyini qeyd edib.

Rəhim bu mahnının onlara şapalaq kimi cavab olacağını vurğulayıb. Sənətçi bostanına atılan atmacalara susmağının səbəbini başının ailəsinə qarışması ilə izah edib.

Ətraflı videoda:





up