"Məni toydan qaçırtmaq istəyirdilər"
29-06-2022, 18:38

"Səsimlə bağlı böyük dərd yaşayırdım. Mənim dostlarım bunu bilirdilər. Gecələr yata bilmirdim, boğulurdum. Dəfələrlə durub paltar dəyişirdim, suyun içində olurdum. Səs tellərimdə, bronxlarımda problem var idi. Analiz götürdülər, əkdilər, yaxşı çıxdı. Amma dedilər ki, təcili əməliyyat olunmalıyam".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Səhər mərkəzi" proqramında deyib. İfaçı bir müddət əvvəl keçirdiyi əməliyyatdan danışıb.

M.Əsədova səsinə görə bir çox kişinin ona aşiq olduğunu söyləyib:

"Səsimə görə məni toydan qaçırtmaq istəyirdilər. Bunun şahidi olan müğənni dostum var. Səsimə görə aşiq olan da, söz göndərən də olub. İndi peşmanam ki, müğənniyəm. Təqdimatdan çox şey asılıdır. Mən düzgün təqdim edilmədim. Rola girməyi bilmirəm. İndi rola girməsən səni qəbul etmirlər. Mən də bunu bacarmıram".





up