"8 milyon versələr sənətdən gedərəm"
28-06-2022, 10:10

"Səkkiz milyon versələr aktrisalıq sənətindən gedərəm. Həqiqi pul olsun".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri aktrisa Fidan Axundova "Qısaqapanma" proqramında deyib. Sənətçi pul qarşılığında aktrisalıq fəaliyyətinə son qoya biləcəyini deyib.

Proqramın aparıcısı Elməddin Cəfərov "100, 200 min verək get" sözlərini söyləyib. 

"Səkkiz rəqəmi çox xoşuma gəlir. Orada səkkiz sonsuzluğun işarəsi kimi gözümə görünür. Mən heç zaman 8 milyonu görməmişəm. Heç bilmirəm necə olur. 100, 200 mini özüm qazana bilərəm, amma 8 milyonu yox" deyə, Fidan əlavə edib. /axşam.az/





up