"Yoldaşım öləndən sonra qızım onun paltarı ilə yatırdı” – VİDEO
27-06-2022, 10:56

ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı müğənni Vüsal Əliyevin itiridiyi sevdiklərinə həsr olunub.  

AZİNFORM.AZ xəbər verir ki, Vüsal Əliyev həyat yoldaşının vəfatından sonra yaşadığı ağır günlərdən danışıb:

“Qızımın 4 yaşı var idi. Onun paltarını qucaqlayıb yatırdı. Gecə saat 2-3-də paltarı əlindən götürmək istəyəndə oyanıb ağlayırdı. Mən o zaman övlad üçün ata ilə ananın müqayisəsini gördüm. Bu gün tam əminliklə deyə bilərəm ki, mənim vəzifəm nə idisə onu etdim. Ürəyim və vicdanım rahatdır”.


AZİNFORM.AZ



up