Müğənni Nura Suri ulduz futbolçu Jerard Pikenin dünya şöhrətli müğənni Şakiraya xəyanətində münasibət bildirib.
AZİNFORM.AZ xəbər verir ki, o bu barədə “MTV Maqazin” verilişində danışıb.
N.Suri qeyd edib ki, Şakiradan fərqli olaraq, o, Pikenin xəyanətini bağışlayardı:Şakira bağışlamayıb, bilmirəm niyə?! Amma mən Pike kimi kişidən ayrılmazdım. Bir dəfə edib, keç də, yazıqdır.
Qeyd edək ki, Nura Surinin David, Xosrov və Möhsen adlı üç oğlu var. David anası ilə Bakıda, digərləri isə hazırda xaricdə yaşayır.