Türkiyənin məşhur aktyoru Erkan Petekkaya serial çəkilişi zamanı infarkt keçirib.
AZİNFORM.AZ-ın məlumatına görə, hadisə aktyorun “Son gün” adlı yeni serialının çəkilişi zamanı baş verib.
O, təcili xəstəxanaya çatdırıldıqdan sonra serialın çəkilişləri ləğv edilib.
Hazırda isə Petekkayanın səhhətinin yaxşı olduğu bildirilir.