"Hicablı xanımla evlənə bilərəm"
24-06-2022, 23:10

Türkiyəli müğənni Sinan Akçılın evlilik açıqlaması gündəm olub.

OLAY yazır ki, aktrisa Burcu Kıratlı ilə iki dəfə evlənib, ayrılan sənətçi növbəti münasibətindən bəhs edib.

Sinan deyib ki, bundan sonra ailə quracağı şəxsin məşhur olmamasını istəyir:

"O insan məşhur olmasın. Yaxud da soruşurlar ki, hicablı qadınla sevgili olarsız? Başı açıq, ya qapalı fərqi yoxdur. Qapalı xanımla da evlənə bilərəm".

AZİNFORM.AZ





up