“X Factor” oyunun məşhur ulduzu Tom Mannın nişanlısı Danielle Hampson toy günü qəfildən ölüb.
AZİNFORM.AZ musavat.com-a istinadla bildirir ki, bu barədə ulduz sosial şəbəkədə məlumat yayıb. 8 aylıq körpəsi ilə birgə fotosunu paylaşan Tom Mann bu hadisənin şokundan ayıla bilmədiyini qeyd edib:
Biz ilk rəqsimizi oynamalı idik, amma bu cür oldu. Sən mənim dünyam və mənim başıma gələn ən gözəl şeysən. Oğlumuz üçün güclü olmağa çalışacam. Sənin üçün sonsuza qədər darıxacam".
Hempsonun ölüm səbəbi açıqlanmayıb. İddialara görə əvvəllər onun səhhətində müəyyən problemlər olub.