Müğənni Rəqsanə İsmayılova "Şourum" proqramına qonaq olub.
Müğənni verilişdə qızı Aysun İsmayılovanın iyunun 30-dan keçiriləcək toyundan danışıb. O bildirib ki, toya ancaq övladını təbrik etmək üçün gedəcək.
Rəqsanə Aysunun Eşqinlə ailə qurmasına əvvəl narazı olduğunu da etiraf edib:
"Eşqini ilk mən tanımışam. Əvvəl onların ailə qurmasına razı deyildim. Amma sonra gördüm sevginin qabağını kəsə bilmirəm".
Qeyd edək ki, Aysun və Eşqinin nişanı və nikahı Rusiyada olub.
AZİNFORM.AZ