"Röyadı da yenə axmaq-axmaq danışır"
20-06-2022, 11:52

Gənc ifaçı Hiss (Röya Məmmədova) reper Aslixanın ittihamlarına cavab verib. 

AZİNFORM.AZ olay-a istinadən xəbər verir ki, o, bununla bağlı instaqramda paylaşım edib. 

Hiss deyib ki, bu mövzu haqda sonuncu dəfə danışır:

"Sən o qədər çoxbilmiş adamsan ki, o mahnının hit olduğunu bilsən, mənə verməzdin. Özün oxuyardın, ya da o qiymətə satmazdın. Nə oldu 3 ildən sonra birdən-birə? Sən düzgün insan olsan, mənim ətrafımdakı insanlarla aran yaxşı olardı. Çünki indiki ətrafımın 70 faizini sənə görə tanımışam. Sənin onlarla heç bir əlaqən qalmayıb. O ki qaldı "səni görəcəm" söhbəti yadımda deyil. Nə qədər demisən, pulunu verib, mahnını almışam. Elə söz demişəmsə, məndə səni görəcək üz qoymadın. O mahnıdan sonra mənə qatdıqların qədər, mən də sənə bir şeylər qatdım. Ən azı səni bəstəkar kimi tanıtdım, məndən sonra yanımda olan 2-3 nəfərə, 3-5 minə mahnı satdın. Heç biri də hit olmadı. Efirlərdə çıxıb adını tərifləyə-tərifləyə danışdım, bunları görmədin? Verilişdə sənə paxıl deməyimin arxasında dururam. Çünki təkcə "Kəpənəklər" mənə sound olaraq daha yaxın gəlir" sözünə görə söhbət bura qədər gələ bilməz. Elə idisə, özün bilirdin necə xasiyyətli olduğumu.

"Röyadı da yenə axmaq-axmaq danışır" deyib keçərdin. Çünki necə ürəyə sahib olduğumu yaxşı bilirsən. Sənin eqon isə imkan vermədi. O verilişdən 3 ay əvvəl 1 "track" onlayn etdin. Yanındakı jurnalistlərə adımdan iyrənc piar etdin. Nə qədər söhbətdən xəbərinin olmadığını desən də, var idi. Çünki həmin gün səhifə sahibləri ilə bir yerdə idiniz. Mən reaksiya vermədim, çünki versəm, mahnı indi yarım yox 1 milyon olacaqdı. İndi də məzlum rolu oynayan sənsən. "Hype" istəyirdin ala sənə ömründə görmədiyin "hype". Yutubdan pul verib aldığım mahnını sildirmək insanlıq deyil. Şikayəti "Məndən xəbərsiz oxuyub" adı ilə etmək isə ikiqat deyil. Gəlib kişi kimi deyərdin ordan mənə faizimi ödə. Ödəməzdim? Onsuz yutub pulu mənə gələnə qədər min yerə faiz ödəyirəm. Ancaq "İstəmirəm"lə bu yerə gəlsəydim, sənə haqq verərdim. "Karma", "Kəpənəklər", "Sayıram" kimi hitlərim var. Onları ki, mənə sən verməmisən. Deməli mən artist olaraq uğurluyam. "İstəmirəm" ilk olmayacaqdı, "Karma" ilk olardı. Mən qədirbilən qızam.

Amma buna layiq olana...Sən buna layiq olmadın. Min dənə mənəm-mənəm deyən kişiyə dəyərəm. Özün bunu yaxşı bilirsən. Bura kimi öz əziyyətimlə gəlmişəm. Çünki məqsədim var idi. Heç bir qız dövlət işində mühasib işləyə-işləyə çıxıb bələdçi (hostes) kimi çalışmazdı. O işin maaşı çox olduğu üçün pul yığıb musiqiyə yatırım etmək, uğurlu olmaq üçün çıxdım. Uğurlu oldum da. Mən xaos istəmirəm, bu günə qədər kiminlə nə söhbətim olubsa, ya zəng etmişəm, ya da özünə yazmışam. Heç dinləyicinin xəbəri olmayıb. Amma sənə ümumi cavab vermək düşür. Və səni paylaşan öz ətrafını uşaq-uşaq hekayədə yerləşdirib camaatı yönləndirə bilərsən, mənim kütləmi əsla".





up