"Dənizin məzun gecəsində bunu edəcəyimi təsəvvür etmirdim"
18-06-2022, 11:20

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizlə bağlı paylaşım edib.

AZİNFORM.AZ xəbər verir ki, müğənni övladının orta məktəbi bitirdiyini vurğulayıb. Xanbabayeva qızının məzun gecəsindən video yayımlayaraq, özünün də orada müğənni kimi yer aldığını bildirib:

"Qəribə hisslərdir... Dənizimin ilk məzun gecəsində həm də bir müğənni olaraq iştirak edəcəyimi təsəvvür etmirdim. Əziz, doğma balalarımız: Hər birinizi ürəkdən təbrik edirik. Yolunuz açıq olsun". /axşam.az/


AZİNFORM.AZ



up