"Gənc nəsil instaqramda, TikTok-da ilişib qalmamalıdır"
17-06-2022, 19:49

Xalq artisti Məleykə Əsədova telekanallara səslənib.

AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "7 canlı" verilişində danışıb. O bildirib ki, proqramlarda sənət, mədəniyyət təbliğ edilməlidir:

"Gənclərimiz gəlir. Hər zaman bunu deyirəm: elə verilişlər hazırlanmalı, mövzular qoyulmalı, əsl sənətkarları təqdim etmək lazımdır. Bunu etmək lazımdır ki, gələn gənc nəsil instaqramda, TikTok-da ilişib qalmasın. Baxsın görsün ki, sənət və sənətkar nədir".





up