DİGƏR XƏBƏRLƏR
Məşhur Hollivud ulduzu Tom Henks ötən gün həyat yoldaşı Rita Uilsonla Nyu-Yorkdakı restoranlardan birindən çıxarkən görüntülənib.
AZİNFORM.AZ axşam.az-a istinadən xəbər verir ki, həmin an aktyorla pərəstişkarları arasında gərginlik yaranıb. Tomla şəkil çəkdirmək istəyən şəxslər az qala Ritanın üzərinə çıxıb. Bundan əsəbiləşən Rita onlardan dayanmalarını tələb edib. Yaranan vəziyyət Tomun da əsəblərinə təsir edib və onları izləyən kütlənin üzərinə qışqırıb.
"Həyat yoldaşımı yıxmağa çalışırsan? Geri çəkil" deyə, aktyor səs tonunu qaldırıb.
Bundan sonra ikili avtomobillərinə minərək oradan uzaqlaşıb.