Müğənni Nurlan Əzizbəyli mərhum anası ilə bağlı görüntülərə göz yaşı töküb.
AZİNFORM.AZ xəbər verir ki, sənətçi "Günün sədası" proqramında qonaq olub. O, mərhum anası haqda sualları cavablandırmaqda çətinlik çəkib.
Müğənni bildirib ki, övladı nənəsi öldüyü ərəfədə ali məktəbə imtahana hazırlaşırmış:
"Oğlum stress keçirtdi, dedi ki, imtahanda güclə yazdım. Amma son bir neçə gündür məni sevindirib, ali məktəbə daxil olub". /axşam.az/
AZİNFORM.AZ