"Arvadım vəfat etsə, 20 yaşlı qız alaram" - 86 yaşlı aktyor
16-06-2022, 02:10

Türkiyəli aktyor Aydemir Akbaş yeni açıqlaması ilə gündəm olub. 

"Müge ve Gülşen'le 2. Sayfa" proqramına dəvət olunan aktyor həyat yoldaşı Beyhan Benek vəfat etsə, gənc qızla evlənəcəyini deyib:

"Allah etməsin belə şey olsun, amma Beyhana nəsə olsa, 20 yaşlı qız alaram".

Aktyorun bu açıqlaması studiyadakı aparıcıları şoka salıb. Onlar Aydemirin bu sözləri qarşısında təəccüblərini gizlədə bilməyiblər və onu bu sözlərinə görə qınayıblar.

Xatırladaq ki, Akbaş aktrisa həyat yoldaşı Beyhan Beneklə 2 dəfə boşandıqdan sonra yenidən onunla ailə həyatı qurub.  /baku.ws/

AZİNFORM.AZ





up