Ebru Gündeşlə fotosu yayılan iş adamı məhkəməyə müraciət etdi: Xəbərləri sildirmək istəyir
14-06-2022, 14:43

Ötən günlərdə müğənni Ebru Gündeşlə fotosu yayılan iraqlı iş adamı Rassan Xoşnav İstanbul Respublika Prokurorluğuna müraciət edib.

AZİNFORM.AZ bildirir ki, iş adamı  vəkili Ümit Kızıldağ vasitəsilə təqdim etdiyi ərizəsində ədalətsiz və qanunsuz hücumlara məruz qaldığını və şəxsi məlumatlarının ələ keçirildiyini iddia edib. 

Müracitədə mediada yayılan fotonun iki dost kimi çəkildiyi izah edilib. Bildirilib ki, sözügedən şəkil Xoşnavın şəxsi telefonundan başqa heç bir yerdə olmayıb. Xoşnavın özəl kiber təhlükəsizliyi üzrə mütəxəssislər və hakerlərlə şəklin necə ələ keçirildiyi üzərində işlərini davam etdirdiyi müraciətdə qeyd olunub. Həmçinin qeyri-qanuni qrupların iş adamının telefonuna və kompüterinə hücum etdiyi ehtimalına vurğu edilib. 

Şəxsi həyatının toxunulmazlığının pozulduğunu iddia edən Xoşnav Ebru Gündeşlə əlaqəsi olması ilə bağlı mətbuatda yer alan xəbərlərin qarşısının alınmasını tələb edib. 

Vəkil belə məzmunlu xəbərlərin silinmədiyi halda, iş adamına maddi və mənəvi ziyan dəyəcəyini izah edib. 

İddianı araşdıran Növbətçi Sülh Cəza Hakimliyi qanunsuz şəxslərin və ya qrupların zərər vermək niyyəti ilə hərəkət etdiyini, bununla da şəxsi həyatın gizliliyini pozduğunu bildirərək xəbərlərə girişin qarşısını almaq qərarına gəlib.

 





up