Məşhur müğənni səhnədə yıxıldı - Video
13-06-2022, 15:51

Türkiyəli müğənni Sərdar Ortaçın başına iş gəlib.

Azinform.az xəbər verir ki, bir müddətdir sağlamlıq problemləri yaşayan ifaçı ötən gün konserti zamanı səhnədə müvazinətini itirərək yerə yıxılıb. Mühafizəçilərin yardımı ilə ayağa qalxan Sərdar bir müddət əvvəl səhnədə yıxılan həmkarı Gülbən Ərgəni xatırladaraq deyib:

"Düşdüm, nə olacaq ki? 2 dəqiqəlik düşdüm, nə olacaq? Amma nə qəşəng düşdüm... Buraxın məni, Gülbənəm ki?".

O, daha sonra konsertə qaldığı yerdən dava edib.

Qeyd edək ki, konsert zamanı müğənnini dinləyənlər arasında anası da olub. Onun ifası zamanı səs sistemində nasazlıq da yaranıb. /axşam,az/


AZİNFORM.AZ



up