"Şokolad qutusu üçün şəklimi çəkib, pul vermirdilər" - Rahidə Baxışova
11-06-2022, 21:00

"Şokolad qutularının üstündə şəklimi vururdular, amma pul vermirdilər. 

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova "Səhər mərkəzi" proqramında deyib.

O, illər əvvəl şokolad qutuları üçün fotolar çəkdirdiyini, qonorarını isə vermədiklərini söyləyib:

"Çağırırdılar gəl çəkək. Uşaq idim, getdim. Elə insanlar qarşıma çıxırdı ki, deyirdilər, şokolad qutusunu alır, fotonu kəsib divara yapışdırırdı. Pulumu da vermirdilər."

Müğənni kişilərlə dostluğundan da danışıb:

"Mənim kişilərlə sözüm tutur". 





up