Bu reklamın silinməsini istəyir
8-06-2022, 17:45

2000-ci ildə dünya gözəli seçilən və karyerasına aktrisa kimi davam edən Bollivud ulduzu Priyanka Çopra Hindistanda yayımlanan reklam çarxını tənqid edib.

AZİNFORM.AZ xəbər verir ki, ekran işində qadınların təcavüz obyekti kimi görünməsi insanlar tərəfindən də mənfi qarşılanıb. Aktrisa sözügedən reklamın təcavüzü təbliğ etdiyini bildirərək bunu utancverici adlandırıb. O, reklamın bütün yayım platforlamalarından yığışdırılmasını istəyib.

Qeyd edək ki, söhbət "Layer" ətir brendinin "Shot" adlı yeni məhsulundan gedir.


AZİNFORM.AZ



up