"Həyat yoldaşımın evinə köçdüm" - Sevda
7-06-2022, 01:32

"Ailə həyatı maraqlıdır. İşimin başındayam. Başqa bir evə, həyat yoldaşımın evinə köçdüm".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Şourum" proqramında deyib. İfaçı həyat yoldaşı Zakir Bayramovdan danışıb:

"Mənə hər zaman dəstəkdir. Mənə stimul verir ki, sən daima işləməlisən, yeniliklər təqdim etməlisən. Məndən sonra sosial şəbəkədə paylaşımlar etməyə başlayıb".

Səyatətlərindən danışan Sevda "Nə üçün pul yığıram? Yaşayıram, işləyirəm ki, yaxşı yaşayım. Sevda çox işləyir və gəzir. Səyahətlərə öz qazancımıza gedirik" sözlərini söyləyib. /axşam.az/





up