"Gəlinimi məcbur etdim ki, evdə oturmasın"
5-06-2022, 20:19

Müğənni Emil Bədəlov "Zaurla Günaydın" proqramına həyat yoldaşı Xanımla birlikdə qatılıb.

AZİNFORM.AZxəbər verir ki, Xanım bağçada icraçı direktor işlədiyini söyləyib:

"Bağçada çalışıram. Baldızımın baxçasıdır. Orada həm tərbiyəçi, həm də idarəçiyəm. Bütün işlərimi də çatdırıram. Ona görə də ailədə heç bir narazıçılıqlar olmur".

Emil "O, axşam işdən gələndə mən yuxudan oyanıram" sözləri ilə reaksiya verib.

E.Bədəlovun anası Səadət xanım isə "Mən məcbur etmişəm ki, gəlinim evdə oturmasın. Diplomu var, işləsin. Çox həvəslidir. Ona əlimdən gələn köməkliyi edirəm" deyərək, ona dəstək göstərdiyini əlavə edib.

Qeyd edək ki, Emil və Xanım cütlüyünün Səadət və Zeynəb adlı iki qız övladı var. /axşam.az/



AZİNFORM.AZ



up