Qurda həyat yoldaşından MÖHTƏŞƏM SEVGİ ETİRAFI
2-06-2022, 13:48

Reper Qurdun (Fərid Eminov) həyat yoldaşı Leyla sosial mediada sevgi etirafı ilə diqqət çəkib.

AZİNFORM.AZ verir ki, o, şəxsi "İnstagram" səhifəsində Fəridlə şəkillərini paylaşaraq bu sözləri yazıb:

"Bir gün bitərsə bu sevgi, mən tərəfdən heç vaxt bitməyəcəyinə and içə bilərəm. Bir gün olmasam, sənsiz o gün də bu gün kimi səni sevəcəyimə and içə bilərəm. Sənsizliyə yalnız səninlə davam edə bilərəm. Mənim həyatım, bilirsən ki, nə yazanda bitir bu sözlərim, nə danışanda. Qəlbim səninlə dolub-daşır ancaq".

Qurd isə həmin paylaşımı belə şərh edib:

"Boy!!! Bu sözlərdən sonra mən də dediklərinə and içirəm".

Qeyd edək ki, repçi bir dəfə ailəli olub. Fəridin bu evlilikdən 2 oğlu var. Hazırda o, üçüncü dəfə ata olmağa hazırlaşır. Repçinin qızı dünyaya gələcək.





up