Əməkdar artist Hüsniyyə Mürvətova ötən il dünyasını dəyişən atası Vaqif Mürvətovun ölüm səbəbini ilk dəfə açıqlayıb.
AZİNFORM.AZ xəbər verir ki, aktrisa bu haqda "10-da görüşək" proqramında danışıb. O bildirib ki, atası avtomobil qəzasında vəfat edib:
“Mən indiyə qədər uşaq idim, ötən il böyüdüm. Birdən-birə oldu, onu maşın vurdu. Teatr mövsümü yeni başlamışdı. Biz Şuşaya, çox önəmli bir tədbirə getmişdik. Ora ayağımı qoydum, mənə zəng gəldi. Dedilər ki, xəstəxanadadır. Məni aldatdılar, demədilər. Mən səhnədə olanda sən demə, atam dünyasını dəyişibmiş. Hələ də ölümünə inanmıram, elə bilirəm atam harasa gedib". /axşam.az/