İki ay əvvəl boşanan aktrisa: "Elə bilirdim tətilə gedirəm"
30-05-2022, 23:57

Martda türkiyəli aktyor Hamdi Alkanla 8 illik evliliyini sonlandıran aktrisa Selen Görgüzek "2 sayfa" verilişində qonaq olub.

AZİNFORM.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa boşandıqdan sonra kədərləndiyini bildirib:

"Məhkəmədən çıxanda hönkürə-hönkürə ağladım. Evdən çıxanda elə bilirdim ki, təkrar geri qayıdacağam, tətilə gedirəm kimi hiss edirdim. Hamdinin qızı Zeynəb mənə heç zəng vurmadı, mesaj yazdı. Haqqımda heç nə bilmədən şərh yazanlara səslənirəm, etməyin, mən də pis oluram". /axşam.az/





up